Məlum olduğu kimi artıq 1 ilə yaxındır ki, koronovirus pandemiyası ilə mübarizə aparırıq.Dünyada, eləcə də ölkəmizdə çox təəssüf ki, bu xəstəliyə yoluxanların və ölüm sayı günü-gündən artır.Bunun başlıca səbəbi isə insanların virusa laqyed yanaşması və yetəri qədər özlərini qorumamaqlarıdır.Ölümcül xəstəlik olan covid 19 dan qorunmaq üçün insanlar sanitar-gigiyena qaydalarına əməl etməli, qapalı məkanlarda biri- birindən uzaq məsafədə dayanmalı, əllər tez-tez sabunla yuyulmalı, spirtlə dezinfeksiya olunmalıdır. Evdən çıxan zaman, ictimai nəqliyyatda və digər yerlədə mütləq tibbi maskalardan istifadə etmək lazımdır. Öldürücü koronavirus dünya miqyasında elə sürətlə yayılır ki, bir çox ölkələrin səhiyyə sistemi vəziyyətə nəzarət edə bilmir. Son zamanların əsas müzakirə mövzusu olan koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər həyata kecirilir. Yoluxma hallarının qarşısının alınması üçün dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilir.
Gəlin, biz də həkim məsləhətinə qulaq asaq, ölkədə aparılan profilaktik tədbirlərə əməl edək, özümüzü virusdan qoruyaq
- Baxış: 1171