• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 954
— 26.11.2020 09:35

27 illik həsrətdən sonra Kəlbəcərimizə qovuşduq

KepezTV Player

Noyabr ayı Azərbaycana-xalqımıza illərdir gözlədiyimiz şanlı qələbəni, tarixi yaşatdı.Bu gün bir daha sevinc göz yaşlarına qərq olduq.  Bu gün xalqımızın 27 illik həsrəti igidlərimizin şanı,şəhidlərimizin qanı ilə işğaldan azad  olunnan Kəlbəcərə qovuşduq. Kəlbəcər bizim qədim torpağımız,ərazi baxımından ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri,həm məscidlər, həm kilsələr bizim böyük sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki,Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur.Ancaq o insanlar evlərinin açarına kimi qoruyub saxlayıb, daima inam hissi,bir gün yenidən öz doğma yurdlarına  qovuşmaq arzusu ilə yaşadı..Və artıq o gün bu gündür!Biz döyüş meydanında düşmənin belini qırdıq! Yenilməz olduğumuzu bir daha sübut etdik!Bu gündən Kələcər torpağı millətimizin ayaq izi ilə canlanır,sevinir və sevinəcək!

Əziz Kəlbəcər, sən artıq azadsan! Əziz Kəlbəcər,sən bizimsən və biz səni dirçəldəcəyik!Bütün Kəlbəcərliləri,Azərbaycan xalqını ürəkdən təbrik edirik!Qarabağ Azərbaycandır!