Hərbi-vətənpərvərlik ruhu yüksək olan Azərbaycan gəncləri hər zaman cəmiyyətimizin fəal hissəsini təşkil edib. Onlar torpaq,vətən uğrunda qorxmadan, ruhdan düşmədən vuruşur, şəhid olur, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanmağı, ərazi bütövlüyümüzü qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi özlərinə şərəfli peşə hesab edirlər. İllərdir gözlədiyimiz şanlı qələbəni,sevincimizi daha çox onlara borcluyuq.
Səfərbərlik elan olunan zaman ürəyi vətənlə döyünən gənclərimiz könüllü olaraq orduya yazılır və səbirsizliklə vətən naminə döyüşməyi gözləyirdilər. Ön cəbhədə vuruşan gənclərimizlə yanaşı, arxa cəbhədə də gənclərimizin rolu böyükdür.Məlum olduğu kimi müharibə ərzində ordumuzun əsgərlərimizin daha çox dəstəyə, yardıma ehtiyacı vardı.Gənclər onlara köməyi özlərinə borc bilib,əllərindən gələni əsirgəmədi.Soyuqda gecə-gündüz vuruşan əsgərlərimiz üçün qalın paltarlar,yeməklər təşkil edib orduya göndərdilər.Əllərində bayraq küçələrə axışan, əsgərə məktub layihəsində iştirak edənlərin arasında da gənclərimiz öz fəallıqları ilə seçilirdi.
Bundan əlavə son dönəmlərdə sosial şəbəkələrdə də müharibə savaşı özünü göstərirdi. Gənclər bu savaşa da biganə qalmayıb,düşmən tərəfdən gələn mənfi fikirlərə tarixi faktlarla cavab yazır, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırdılar.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Gənclər Azərbaycanın bu günü və gələcəyidir”.Biz haqlı olaraq gənclərimizlə fəxr edirik! Qarabağ Azərbaycandır!
- Baxış: 302