• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 29.11.2020 12:08

Füzulidə minaya düşənlərin cəsədləri təhvil verilib

KepezTV Player

Füzulinin işğaldan azad olunan Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə minaya düşən Şakir və Firuddin Hacıyevlərin, Zülfüqar Hüseynovun, Zibeydə Adilzadənin meyidləri aidiyyəti üzrə təhvil verilib. ANAMA mütəxəssislərinin ərazidə apardıqları tədqiqat zamanı məlum olub ki, “Toyota” markalı avtomobil 2 tank əleyhinə minaya düşüb. Bir daha xatırladırıq ki, mina və partlamamış hərbi sursatlardan təmizlənməmiş işğaldan azad olunan ərazilərə mülki şəxslərin girişi qəti qadağandır.