• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1074
— 29.11.2020 12:05

PKK ermənilərlə birgə vuruşduğunu etiraf etdi

KepezTV Player

PKK terrorçularının Ermənistan ordusuna qoşulması faktı sübuta yetirilib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, qruplaşmanın qırmızı kateqoriyada axtarışa verilən qadın təşkilatının rəhbərlərindən biri Layika Gültekin etiraf edib ki, Qarabağa gedib və erməni əsgərləri ilə birlikdə vuruşub. Erməni xalqının istədiyi vaxt yanında olub. Gültekin terrorçuların bir müddət əvvəl Azərbaycana qarşı mübarizə apardıqlarını da deyib. Qeyd edək ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızda bir çox qanunsuz fəaliyyət həyata keçirib. Onlardan biri də həmin ərazilərdə terror düşərgələrinin və təlim mərkəzlərinin qurulması olub.