• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2073
— 26.11.2020 09:07

Daha geniş əməkdaşlıq üçün yeni fürsətlər

KepezTV Player

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşləri naziri Məhəmməd Cavad Zərif arasında videokonfrans formatında görüş keçirilib. Nazir Azərbaycan-İran sərhədinin tam bərpa edildiyini həmsöhbətinin diqqətinə çatdırıb. Azərbaycan ərazilərinin işğaldan azad olunmasının İranla daha geniş əməkdaşlıq üçün yeni fürsətlər və perspektivlər yaratdığını diqqətə çatdırıb. Məhəmməd Cavad Zərif münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün yardımçı olmağa ölkəsinin hər zaman hazır olduğunu qeyd edib. Nazirlər çoxtərəfli regional formatlarda da əməkdaşlığı davam etdirməyin zəruriliyindən danışıblar.Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Araz çayı üzərində bir sıra birgə layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.