• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1976
— 26.11.2020 09:12

Fransa Senatının qərəzli qətnaməsi...

KepezTV Player

Fransa Senatında bir qrup qatı ermənipərəst senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi irəli sürülüb  və qəbul edilib.Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunan bu kağız parçası beynəlxalq hüquq normalarının kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur".

Xarici İşlər Nazirliyinin yaydığı məlumatda isə vurğulanıb ki, ölkənin Fransadakı Səfiri qətnamənin səsverməsindən bir gün öncə burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər. Görünür, Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə edirlər”.***Fransa Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jean-Baptiste Lemoine isə deyib ki, bu, heç kim üçün faydalı olmayacaq”.Bu addım Fransa hökumətinin siyasətini əks etdirmir. Əlavə edib ki, Ermənistan da daxil olmaqla dünya birliyi, Dağlıq Qarabağın "müstəqilliyini" tanımayıb.