• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1249
— 25.11.2020 18:41

“Vətən müharibəsində möhtəşəm Qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında tədbirlər keçirilib

KepezTV Player

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsinin od-alovlarından keçərək qalibiyyət bayrağımızı zirvələrə ucaltmış mübariz döyüşçülərlə görüşlər keçirilib, onların qarşısında incəsənət ustalarının çıxışları təşkil olunub, ədəbi-bədii kompozisiyalar təqdim edilib. “Vətən müharibəsində möhtəşəm qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında keçirilən tədbirlər işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan rayonlarında və Şuşa şəhərində təşkil olunub. Şuşada klassik Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin, böyük sənətkarımız Bülbülün ev muzeyləri, görkəmli şair Molla Pənah Vaqifin məzarı, eləcə də Gövhər Ağa məscidi, Şuşa qalası, Cıdır düzü və dağıdılmış digər tarixi memarlıq abidələrimiz ziyarət olunub. Bülbülün ata ocağında iməcilik keçirilib.Vətənpərvərlik tədbirləri Ağdam, Laçın və Kəlbəcər rayonlarında davam etdiriləcək.