• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2034
— 25.11.2020 19:27

Kələbəcəri piyada tərk edən şəxs elə piyadada doğma kəndinə qayıdacaq

KepezTV Player

27 il əvvəl, martın sonu aprelin ilk günləri. Kəlbəcərin də üstünü qara buludlar almışdı. Ard-arda itirilən torpaqların sırası Kəlbəcərə çatmışdı. Sakinlər müəyyən yollarla doğma-yurd yuvalarını tərk etmək məcburiyyətində idi. Onlar biri barədə bu gün söz açacağıq. Hansı ki, piyada tərk etdiyi kəndinə indi elə piyada da qayıtmaq əzmindədir. 79 yaşlı Sabir Salmanov məcburi köçkün olduğu 27 ilə qısa ekskursiya edir.

Kəlbəcər rayonunun Çaykənd kəndindən olan Sabir dayı. Ömrünün 52 ilini təhsilə həsr edən bir şəxs. Həm doğma Kəlbəcərində, həm də pənah gətirdiyi qədim Nizami yurdunda müəllim olaraq çalışıb. İndi təqaüddə olan ağsaqqalın sevinc göz yaşları dayanmır. Deyir, Kəlbəcərin işğaldan azad edilməsi yuxu kimi gəlir, amma inam heç vaxt itməmişdir. Amma 1993-cü ilin soyuq aprel günləri də yaddan çıxmayıb.  

Sabir Salmanov - Kəlbəcər sakini: Heç bir köməksiz çıxmışam. Uşaqlarımı özüm tez yola saldım. Çünki mən onların yanında ağlayırdım istədim görməsinlər. Sevincdən yox kədərdən amma bu gün sevincdən ağlayıram. Kədərdən ağlaya-ağlaya tək-tənha yolda nə qədər maşınlar gəlib birinə də minməmişəm.

Sabir Salmanovun ailəsi canını götürüb tərk edib Kəlbəcərin Çaykənd kəndini. Gəncəyə pənah gətirərək əvvəlcə yaxın qohumların evinə, daha sonra dövlətin himayəsinə sığınıblar. Amma yaddan çıxmayıb Kəlbəcər, yuxularda, arzularda yaşayıb. Bu günsə artıq azad Kəlbəcərin sakinidir  Sabir  dayı.

Sabir Salmanov - Kəlbəcər sakini: Gəzdiyim çığırlar izlər bulaqlar çaylar hamısı gözümün önündədir. Evimin bir tərəfindən bir çay axırdı bir tərfədəndə bir çay axırdı. Gəzdiyim meşələr o meşələrdən yığdım çöl meyvələri hamısı bir-bir gözümün qabağına gəlir.

Sabir Salmanov deyir ki, indi piyada qoyub gələdiyi elə obaya qayıdır və həmin torpalqarın alınmasında əziyyəti olan əsgərlərə qurbanlar kəsmək əzmiylə.  

Sabir Salmanov - Kəlbəcər sakini: Bu günü mənə bəxş eləyən  dünya lideri İlham Heydər oğluna neçəki ömrüm var ona minnətdaram. Allah mənim ömrümdən kəssin.

Sabir Salmanovun son arzusu da var. Kəlbəcərin işğaldan azad olunmasını onlara bəxş edən Ali baş Komandanla həmin torpaqlarda görüşmək.  

 

Natiq Hüseyn