• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2093
— 25.11.2020 16:20

Kəlbəcərlilərin qələbə sevinci

KepezTV Player

Ali Baş Komandan İlham Əliyevin Kəlbəcərin işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətindən sonra Göygöl rayonunun Üçtəpə kəndində yaşayan Kələbəcərlilər də yerli sakinlərlə birgə bayram sevinci yaşayıblar.

Elbrus Quliyev - Kəlbəcər sakini: Bu gün mənimdə sevincimin həddi hüdüdu yoxdur. Mən də bir Kəlbəcərli olaraq Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm. Allah onun canına can sağlığı versin. Ordumuza Allah özü kömək olsun.

Firdovsi Hümbətov - şəhid ailəsinin üzvü: Qürur duyuruq. Başımız həmişə uca olsun. Ucada olacaq. Əlbəttə Ali Baş Komandan möhtərəm prezidentimiz İlham Əliyevin dəstəyi ilə Qarbağımız işğaldan azad olundu. Hər birimizin gözləri aydın olsun.

Ölkə prezidenti Ali Baş Komandan İlham Əliyevin müraciətindən sonra respublikamızın hər yerində olduğu kimi Göygöl rayonundada Kəlbəcərlilərin yaşadığı ərazidə əsl bayam abu havası yaşanır. Kəlbəcərlilər öz yurd yuvalarına qayıdacağı günü məhz bu günü səbirsizliklə gözləyirdilər. xalq toy bayramla öz ellərinə obalarına qayıdırlar.

Elşən İsmayılov - Qarabağ qazisi: Bütün Azərbaycan xalqı bilsin şəhidlər tək ölən insanların şəhidi deyil bütün Azərbaycan xalqının şəhididir. Biz onlarla fəxr edirik. Allah cənab prezidentimizə can sağ etsin. Bu gün sevincimiz çox böyükdür.

Vüsal Qurbanov - Qarabağ qazisi: Təbrik edirəm. Bu günləri torpağımız alındı. Qarabağa gedirik.

Ziyafət Məmmədova - Kəlbəcər sakini: Düşmənlərimiz məhv olsun. Onların o dünyadada yatmağa haqqı yoxdur. Şəhid analarına baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Bu torpaqlar qanla alındı. Onların analarına allah səbr versin.

Natiq Hüseyn