• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2076
— 25.11.2020 16:26

Azad Kəlbəcərin xoşbəxt sakinləri!

KepezTV Player

Bu gün şanlı tariximizə daha bir qələbə zəfəri yazıldı. Düşmən taptağı altında olan Kəlbəcər azadlığına, Azərbaycanına qovuşdu. Qələbənin sevincini dillə ifadə etməkdə çətinlik çəkən kəlbəcərlilər üzərilərindən məcburi köçkün adının götürülməsinə görə dövlət başçısına, müzəffər orduya duaçıdırlar.

Bu şad xəbəri Kəlbəcərlilər düz 27 il idi gözləyirdi. O gün isə bu gün idi,

Polad Salahov - Kəlbəcər sakini: Bu gün bizim çox sevincli günümüzdür. Biz ömrümüzdə yaşamadığımız sevincli günü yaşayırıq.Kəlbəcər həsrəti ilə 27 il idi ürəklərimiz döyünür. Hər gecə yuxumuzda həmin yerləri, həmin torpaqları gəzirik.

Solmaz Camalova - Kəlbəcər sakini: Ayaq yalın gəzdiyimiz günü indi təmtəraqla qayıdacağıq.O bayraqların altında qayıdacağıq. Prezidentimizə minnətdarıq.

Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib, Kəlbəcərdən olan şəhidlərin abidə kompleksi önünə tər çiçəklər düzülüb.

Azər Qocayev - Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı: Möhtərəm cənab prezidentimiz, ali baş komandanımız İlham Əliyev tərəfindən 27 ildən çox işğalda olan torpaqlarımız azad olundu. Bu bizim xalqımız, millətimiz üçün xeyirli olsun. Ali ba komandan bizi siyasi müstəvidə, istərsədə hərb meydanın da bizi Azərbaycan milləti olaraq təstiqlədi.Azərbaycan xalqının o cümlədən Kəlbəcərlilərin gözü aydın olsun.

Zəki Öztürk - Türkiyənin Gəncədəki Baş konsulu: Bu zəfər mübarək olsun. Kəlbəcər qardaşlarımızın da gözü aydın olsun. İnşallah ən qısa zamanda yurdlarına qayıdarlar.Can sağlığı arzulayıram.

77 min nəfər əhalisi olan  rayonun 22%-i Gəncədə, 14%-i Bakıda, 12%-i isə Goranboyda məskunlaşıb.

Bir gün gülə-gülə qayıdacaqdır. Ağlaya-ağlaya köçən Kəlbəcər! Bu gün kəlbəcərlilərinin sevincinin həddi hidudu yoxdur. Onlar düz 27 il bundan əvvəl köçdükləri Kəlbəcərlərinə qovuşurlar. Gözün aydın Azərbaycan xalqı. Eşq olsun dövlətimizə, eşq olsun ordumuza.

Babək Niftəliyev - Əməkdar artist: Bu gün sevincimizin həqiqətən də həddi-hidudu yoxdur. Mən oradan çıxanda mənim 8 yaşım var idi. Mənim artıq 35 yaşım. 35 yaşımda dönürəm Qarabağa, Kəlbəcərə. Yaşasın alai baş komandan, yaşasın ordumuz.

Ziyafət Mamedova - Kəlbəcər sakini: Ali baş komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm. Qeyrətli ordumuza təşəkkür edirəm. Doğma Kəlbəzərimiz qayıtdı. 27 ildən sonra məcburi köçkün adı üstümüzdən götürüldü.

Hüseyn Hüseynov - Kəlbəcər sakini: El bir hisdir ki, elə bir duyğudur ki, onu sözlə deyə bilmirik. Bu gün reallıqdır. Sağ olsun ordumuz, sağ olsun prezidentimiz.

Qələbəni yürüşlə qeyd edən Kəlbəcər sakinləri Mədəniyyət evinin qarşısında bayram konserti də təşkil ediblər. Rayonun mədəniyyət və incəsənt xadimləri milli havalar ifa ediblər.

 

Elnur Vahidoğlu