• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1569
— 25.11.2020 12:10

Ermənistanla sülh müqaviləsinin bağlanacağına aydınlıq gətirilib

KepezTV Player

“BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 9 Noyabr tarixli üçtərəfli bəyanatın icrası üçün vaxt lazım olacaq. Bəyanatda yalnız atəşkəs deyil, sülhə aparan bir sıra mühüm addımların da təmin edilməsi nəzərdə tutulur”. Xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, bəyanatın tələbin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq. "Onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranan yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoymaqla və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməklə bölgədə davamlı sülh və təhlükəsizlik bərqərar oluna bilər”, - deyə XİN başçısı vurğulayıb. Rusiya sülhməramlılarının bölgədəki missiyasına toxunan Ceyhun Bayramov qeyd edib ki, Rusiyanın sülhməramlı kontingenti suveren Azərbaycan ərazisinə Azərbaycanın dəvəti və üçtərəfli bəyanatın müddəalarına əsasən gətirilib.