• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 25.11.2020 12:26

Şəmkirdə qan vermə aksiyası keçirilib

KepezTV Player

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə uzadılan xüsusi karantin rejimi müddətdə talassemiya və hemofiliya xəstələrinə, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara yardım da diqqətdən kənarda qalmır.  Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə qoşulan Şəmkir sakinləri də könüllü qanvermə aksiyasında iştirak ediblər.

Rayon mərkəzi ilə yanaşı kənd və qəsəbələri də əhatə edən qanvermə aksiyasında rayon ictimaiyyətinin nümayəndələri fəallıq nümayiş etdiriblər.  

İsmayıl Paşayev - rayon sakini: Qan vermə aksiyasında könüllü olaraq iştirak edirəm. Bunun üçün özümüzü xoşbəxt sayırıq. Bizim verdiyimiz qan hər hansı bir xəstəyə məlhəmdirsə bu bizim üçün əlavə bir stimuldur. Bu qələbə sevincli qələbə günlərində çox sevincliyik.

Günel Məmmədova - rayon sakini: Bu günləri Şəmkir rayonunda qan vermə aksiyası keçirilir. Bu aksiyaya qoşulduğum üçün qürur hissi duyuram. Bizim qanımız hər hansı bir xəstəyə məlhəm olarsa çox sevinərik.

Aksiyada gənc könüllülərin çoxluğu da diqqət çəkib. Vətəndaşlar əvvəlcə tibbi müayinədən keçirilib. Səhhəti ilə bağlı problem aşkarlanmayan şəxslərdən qan götürülüb. Mərkəzi Qan Bankının Migəçevir bölməsinin əməkdaşları tərəfindən toplanan qan ehtiyatları tibb işçiləri tərəfindən yoxlanıldıqdan sonra  talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Yusif Quliyev - Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi: Qan vermə aksiyasına gələn vətəndaşlar hamısı analizdən keçiblər. Yəni cavabları “Neqativ” cavab olmasa biz onları buraxmırıq. Əsasən bizə burada polis heyəti kömək edir. Biz iki gün öncə bütün polis heyətini müalicədən keçirmişik. Sağlam nəfərlər gəlib burada iştirak edəcəklər.

Şəmkirdə mütəmadi olaraq təşkil olunan qanvermə aksiyalarının sonuncusunda 200-dən çox rayon sakini iştirak edib.

 

Natiq Hüseyn