• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2158
— 25.11.2020 09:26

Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub

KepezTV Player

Bu gün Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad olunub. Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlının sözlərinə görə, Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə Göygöl rayonunun Toğanalı kəndi və Daşkəsən istiqamətlərində daxil olub.

Noyabrın 10-da imzalanan 3 tərəfli bəyanata əsasən Kəlbəcər ayın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəmişdi. Ermənistanın silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Hazırda Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.