• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1026
— 22.11.2020 12:27

Lavrov Türkiyənin regiondakı rolundan danışdı

KepezTV Player

Azərbaycan Prezidenti birgə üçtərəfli Bəyanatın bütün elementlərinin ardıcıl və vicdanlı şəkildə yerinə yetirilməsinin zəruriliyinə xüsusi diqqət ayırdı. Başqa istiqamətlər arasında biz BMT sisteminə daxil olan beynəlxalq təşkilatların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rusiyalı sülhməramlılarla, humanitar müşahidə mərkəzi ilə birgə çalışaraq humanitar problemlərin həllinə fəal cəlb edilməsində maraqlıyıq. Bu işin daha səmərəli olması barədə Azərbaycan Prezidentinin konkret təklifləri var və biz onları maraqla müzakirə etdik, bu istiqamətdə bundan sonra da birgə işləyəcəyik. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Prezident İlham Əliyevlə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. Lavrov vurğulayıb ki, üçtərəfli razılaşmaları şübhə altına almaq cəhdləri var, lakin bu cəhdlər baş tutmayacaq. Rusiyalı nazir regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının perspektivlərindən, Türkiyənin regiondakı rolundan da danışıb.