• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1822
— 20.11.2020 19:02

Maliyyə təşkilatına növbəti basqın

KepezTV Player

Tbilisidə mikromaliyyə təşkilatına silahlı basqın zamanı girov götürülən şəxslərin hamısı sərbəst buraxılıb. Basqın edən şəxs isə polisə təslim olub. Onun 11 nəfəri girov götürdüyü bildirilirdi. Tbilisinin Tsereteli prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən mikromaliyyə təşkilatının binasına basqın edən silahlı şəxs tələblərini də səsləndirmişdi. Onun videomüraciəti girov götürülən şəxslərdən birinin yardımı ilə çəkilib və sosial şəbəkədə paylaşılıb. Videoda basqınçı millət vəkillərinin parlamentə toplanmalarını və üç qanun qəbul etmələrini tələb edib. Bu qanunlara əsasən Gürcüstan daxilində qumar oyunlarının keçirilməsinə qadağa qoyulmalı, kredit faizləri 7%-ə endirilməli və mövcud krediti olan şəxslərin borcu da 7%-lə hesablanmalı və əczaxanalarda dərmanların qiyməti endirilməlidir. Basqın edən şəxsin üzündə maska olmadığından şəxsiyyətinin müəyyən edilməsinin mümkün olduğu bildirilir.