• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1235
— 18.11.2020 15:39

Füzuliyə atılan fosforlu mərmi zərərsizləşdirilib

KepezTV Player

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Füzuli rayonu ərazisinə atdığı ağ fosforlu mərmi zərərsizləşdirilib. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev tvitterdə yazıb. “Füzuli rayonunda beynəlxalq KİV-in kameraları qarşısında Ermənistanın atdığı ağ fosfor mərmisi zərərsizləşdirilib. Ağ fosforun istifadəsi qadağandır”, - deyə Hacıyev vurğulayıb.

Hikmət Hacıyevin digər paylaşımında isə Ermənistan ordusunun əhalinin sıx yaşadığı kəndlərə qarşı istifadə etdiyi əldəqayırma raket qurğusu barədə məlumat yer alır. Bu cür əldəqayırma sistemlərin əsasən Suriyada istifadə olunduğu və ermənilərin Yaxın Şərqdən muzdluları cəlb etdiklərinə diqqət çəkilir.