• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1998
— 18.11.2020 15:45

Şuşaya yeni yol 6 zolaqlı olacaq

KepezTV Player

Yeni yol Füzulinin Əhmədbəyli kəndi ərazisindən başlayaraq Füzuli şəhərindən keçməklə Tağaverdi və Daşaltı ərazilərini əhatə edərək Şuşa şəhərinə çəkiləcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, artıq 3 gündür ki, tikintisi aparılan yol Qarabağın gələcək perspektivi nəzərə alınmaqla çəkilir. 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq yol 101,5 kilometr uzunluğundadır. Tikinti işlərinin 1 il 6 aya yekunlaşdırılması nəzərdə tutulub. Yol tədricən tikildikcə hazır olan ərazilər istifadəyə veriləcək. Relyef nəzərə alınaraq işlərə Türkiyənin xüsusi ixtisaslaşmış tikinti şirkətləri cəlb edilib.