• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1715
— 18.11.2020 12:11

Nazir: "Məktəb binasının direktor tərəfindən yandırılması vandalizmdir"

KepezTV Player

Təhsil naziri Emin Əmrullayev Kəlbəcərdə məktəb binasının direktor tərəfindən yandırılması ilə bağlı açıqlama verib. Nazir təhsillə bağlı müəyyən məsələlərə də aydınlıq gətirib.

Kəlbəcərdə qanunsuz məskunlaşdırılmış ermənilərin köçürülməsi zamanı direktorun məktəbi nümayişkaranə şəkildə yandırması təəssüf doğurur və vandalizmdir. Bunu Təhsil naziri Emin Əmrullayev deyib. Qeyd edib ki, bütün bu hallar sənədləşdirilir və müvafiq kanallarla beynəlxalq təşkilatlara çatdırılır.  Əmrullayev əlavə edib ki, ermənilər ərazilərimizi işğal edən zaman oranı tərk edən azərbaycanlılar məktəbə, eləcə də digər infrastruktura toxunmamışdı. İndi isə işğal altında olmuş Cəbrayılda, Füzulidə, Qubadlıda bütün infrastruktur yerlə-yeksan edilib. **Nazir onu da vurğulayıb ki, könüllü şəkildə və səfərbərliyə alınmaqla müharibədə iştirak edən tələbələrimizin problemlərinin həlli istiqamətində addımlar atılır. Bundan əlavə, II Qarabağ müharibəsi ilə bağlı materialların qısa zaman ərzində məktəblərə çatdırılması planlaşdırılır. Yəqin ki, bu tədris ilinin növbəti yarımilindən bununla bağlı məzmunda müəyyən dəyişikliklər ediləcək.