Şəmkirdə xurma yığımı başa çatıb. Əvvəlki illərdən fərqli olaraq bu mövsüm məhsulun vaxtından əvvəl və lazımı qiymətə satılması bağ sahiblərinin üzünü güldürüb. Xurmaya təlabatın çox olduğunu görən fermerlər qarşıdakı illərdə yeni xurma bağları salmaq həvəsinə düşüb.
Şəmkir rayonunun Aşağı Seyfəli kəndində hər bir təsərrüfatda xurma bağına rast gəlmək mükündür. Əvvəlki illərdə bu bolluq qiymətlərə təsir etsə də bu il tam əksinə olub. Xurmanı tez bir zamanda dərən bağ sahibləri məhsulu elə yerindəcə sata bilib.
Vaqif Məmmədov - bağ sahibi: Qapıda malı verdik. İstədyimiz qiymətə apardılar. Şəxsən mənim 10 ton malım oldu. Onu elə qapıdaca gəlib aldılar. Mənimdə bu bir illik ilyarımlıq çörəyimdir.
İslam Əliyev - bağ sahibi: Özümün bağı var. Ancaq məndə bir qədər azdır. Keçən il 300 qutu çıxmışdı. Bu il bir qədər az 280 qutu oldu. Ötən il 3 manat idi. Bu il 7-8 manat oldu.
Oruc Qarayev - kənd icra nümayəndəsi: Aşağı Seyfəli kəndində 250 hektar meyvə bağı var. Onlarında böyük əksəriyyəti xurma bağıdır. Bu illəri məhsuldarlıq yüksək olub. Eyni zamanda məhsulun qiymətidə yüksəkdir. Əhali razılıq edir.
Bağ sahibləri deyir ki, əvvəllər 1 kiloqramını heç 10 qəpiyə sata bilmirdilərsə indi xurmanı yerindəcə 70-80 qəpiyə satırlar. Hazırda yığlan məhsullar xüsusi qatarla əsasən Rusiya bazarlarına gönədrilir.
Bəhruz Abbasov - bələdiyyə sədri: Şükür olsun soyuducumuz var. Heç bir çətinliyimiz yoxdur. Lakin qiymət yaxşı olduğundan və Rusiya bazarlarında təlabat çox olduğundan heç soyuduculara yerləşdirməyə ehtiyac qalmadı. Alıcılar həyətlərdən gəlib alıdlar və məhsul bir başa Rusiya bazarlarına getdi.
Hazırda xurmanın dərimi başa çatsa da ixracı davam edir. Əvvəlki illərdən fərqli olaraq qonşu dövlətdlərə də məhsul daşınır.
Tahir Hüseynov – sahibkar: Biz əsasən qonşu ölkələrə ixrac edirik. Rusiya Ukranya Belarus Qazaxıstan və bir sıra ölklər də var onlara da düzdür ixrac olunur ancaq az miqdarda. Ancaq bizim xurma məhsulunun ixracı bu dediyim ölkələrə daha çox gedir. Son iki ildə qiymətlərdə hardasa bir düzəliş var. Normaldı sahibkarın satışında heç bir problem yoxdur. Yəni xuramanın məhsuldarlığı və satışı normaldır.
Xurmanın gəlirli sahə olduğunu görən fermerlər növbəti il yeni bağlar salmaq barədə düşünürlər. Hazırda Şəmkir rayonunda 1725 hektar xurma bağı var. Hər il həmin bağlardan təxminən 50 min tona xurma götürülür.
Natiq Hüseyn
- Baxış: 3162