• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2294
— 07.11.2020 15:53

Gəncədə İzmir hadisələrini özündə əsk etdirən güşə yaradılıb

KepezTV Player

Bu ilin 30 oktybarında Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi Gəncədə erməni terrorunun qurbanları ilə birgə əbədiləşdirilib. Şəhərin Təbriz küçəsində evlərdən birinin divarına vurulan böyük pankart bu yolla hərəkət edənlərin diqqətini çəkir.  

Əli Məmmədov – sakin: İki dövlət bir millətiksə biz bir-birimizə tərəfdar olmalıyıq. Biz həmişə bir-birimizə dar gündə də şad gündə də tərafdar olmalıyıq.

Oktaybrda bir neçə dəfə Gəncənin ermənilərin hədəfinə tuş gəlməsi Türkiyənin dövlət və xalq olaraq qınağına səbəb oldu. Hətta qardaş ölkənin rəsmi şəxsləri də hadisənin törədildiyi ərazilərdə olaraq həmrəyliklərini bir daha nümayiş etdirdilər. Oktyabrın 30-da Türkiyəinin İzmir şəhərində baş verən zəlzələ zamanı da Azərbaycan türk xalqının acısına şərik olaraq  yardım təklifi etdi. Qardaşlığın nümunəsi özünü Gəncədə yaradılan xatirə güşəsində bir daha sübut edir. 

Elsevər Allahverdiyev – sakin: Mən nə deyə bilərəm, Allah köməkləri olsun. Allah hamıya kömək olsun. Heç kim isməzdi belə osun. Hamımız insanıq.

Aydın Məhərrəmov – sakin: Necə öz doğma qardaşı elə də Türkiyə biz öz doğma qardaşımızdır. Bu iki qardaş birləşib onların çırağını keçirəcəklər. Allah Türkiyəni xəta bəladan qorusun. Zəlzələ olmasın. O zəlzələlər ermənilərin başında partlasın.  

Izmir və Gəncə hadisələrini özündə əks etdirən güşə Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürkün də diqqətini cəlb edib. Güşə ilə tanış olan baş konsul İzmir hadisəsindən sonra konsulluğa baş sağlığına gələnlərin çoxluq təşkil etdiyini diqqət çəkib. Zeki Öztürk eyni ilə Türkiyənin müxtəlif şəhərlərində Gəncə terrorunu özündə əks etdirən güşələrin yaradıldığını sözlərinə əlavə edib.

Zeki Öztürk - Türkiyənin Gəncədəki Baş konsulu: Bu gün həqiqətən kədərdə və sevincdə bu birliyi gördüyümüz an tək millət olduğumuz bir daha yaşadıq. Bilirik Qarabağda müharibə gedir. Türkiyədə 83 milyon insan bu gün Qarabağadakı qardaşları üçün dua edirlər. Qələbələrini dörd gözlə gözləyirlər. Hər azad edilən bölgədən sonra müxtəlif ərazilərdə sevinc turları təşkil edilir.

İndi yaşından asılı olmayaraq hər kəs Təbriz küçəsi ilə hərəkət edən zaman ayaq saxlayıb güşə ilə tanış olur. Erməni terroru və zəlzələ qurabanlarının xatirəsini anırlar.

 

Natiq Hüseyn