• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 811
— 07.11.2020 14:19

Xocalı sakinlərinin sevinci

KepezTV Player

Prezident İlham Əliyevin bugünkü “Twitter” paylaşımları Xocalı sakinləri tərəfindən xüsusilə sevinclə qarşılanıb. Gəncə şəhərində müvəqqəti məskunlaşan Xocalılılar Azərbaycan ordusuna inamlarının böyük olduğunu, işğal altındakı digər torpaqlarımızın da tezliklə düşmən tapdağından azad ediləcəyinə əminliklərini ifadə ediblər. Əllərində uçrəngli bayrağımızı dalğalandıran sakinlər öz yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini deyiblər.

Qalib Quliyev - Xocalı sakini: Biz rəşadətli ordumuzun bütün Qarabağ torpaqlarına azad edəcəyinə inanırıq. Cənab prezidentimizin bu qələbə müjdəsini gözləyirik. Biz bu günləri çox sevincliyik. Xocalı rayonunun kəndləridə işağaldan azad olunub. Dedidyim kimi inşallah bütün Qarabağ torpaqları işğaldan azad olunacaq və biz belə çəkilişləri doğma torpaqlarımızda aparacağıq.

Kənan Hümbətov - Xocalı sakini: Azərbaycan ordusuna Azərbaycan qəhrəmanlarına uğurlar. İnaşallah hamısı sağ-salamat evlərinə qayıdar. Bird aha bütün xalqımızı bütün Xocalıları təbrik edirəm.

İslam Bayramov - Xocalı sakini: Bu bizim üçün çox sevindirici bir xəbər oldu. Bizi inanırıq nəinki bu gün Xocalının iki kəndi yaxın günlərdə ümumi Qarabağ ərazisinin işğaldan azad olunması xəbərini eşidəcəyik.