• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 07.11.2020 12:10

Azərbaycanın fəxri konsulluğuna hücum edilib

KepezTV Player

Son günlər döyüş meydanına məğlub olan Ermənistan müxtəlif vasitələrə əl atır, Azərbaycan və Türkiyənin xaricdəki diplomatik nümayəndəlikləri qarşısında müxtəlif aksiya və təhdid xarakterli tədbirlər görürlər. Bu gecə yerli vaxtla saat 02:30-da 2 naməlum kişi Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum edib. Onlar səsboğucu tapançadan 6 atəş açıblar. Güllələrdən 3-ü giriş qapısına, 3-ü isə pəncərəyə dəyib. Hadisə konsulluğun nəzarət kameraları tərəfindən qeydə alınıb. Əraziyə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb. İstisna deyil ki, konsulluğa hücuma səbəb son günlər Azərbaycan Ordusunun Qarabağdakı əks hücum əməliyyatları və nəticədə uzun illər işğalda olan torpaqların azad edilməsidir. Faktla bağlı cinayət işi başlanıb. **Bir müddət əvvəl  Estoniyada da oxşar hadisə olmuşdu. Maska taxmış naməlum şəxs Tallindəki İslam mərkəzinin, eləcə də Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına donuz başları qoymuşdu. Hadisələr barədə polis məlumatlandırılıb. **Azərbaycan XİN radikal erməni qüvvələrinin Azərbaycanın xarici ölkələrdəki diplomatlarına, eləcə də yerli azərbaycanlı icma üzvlərinə qarşı təhdid xarakterli və həyati təhlükə doğuran hücumları qətiyyətlə pisləyib. Nazirlikdən vurğulanıb ki, cinayət xarakterli əməllərə görə qanun qarşısında cavab verilməsi üçün ölkəmizin müvafiq qurumları əcnəbi ölkələrdəki yerli hüquq mühafizə qurumları ilə qarşılıqlı əməkdaşlıq həyata keçirəcək.