• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 810
— 07.11.2020 12:17

Düşmən təxribatının vurduğu zərərlər

KepezTV Player

Ermənistan silahlı qüvvələri sentyabrın 27-dən bu günədək Ağdam rayonunun 62 yaşayış məntəqəsindən 43-nə ağır artilleriya qurğularından 10 mindən çox top və raket mərmiləri atıb. Yüzlərlə yaşayış evinə ziyan dəyib, 7 dinc rayon sakini həyatını itirib, 42 nəfər yaralanıb. 15 təhsil müəssisəsi, 5 körpələr evi erməni təxribatı nəticəsində dağılıb. 400 baş iri və xırdabuynuzlu heyvan tələf olub. Bundan başqa rayonun infrastrukturuna xeyli ziyan dəyib. Elektrik dirəkləri və xətləri sıradan çıxıb. Rabitə və qaz xətləri ciddi zərər görüb. Yol infrastrukturunun bir hissəsi hərəkət üçün yararsız hala düşüb. Ağdam mexaniki suvarma idarəsinin inzibati binası, bir texnika və ilkin məlumata görə, 6 subartezian quyusu düşmən təxribatları nəticəsində zərər görüb. Bundan başqa, yüksək gərginlikli elektrik xətlərinin qırılaraq üst-üstə düşməsi nəticəsində 32 ədəd subartezian quyusunun nasosu yanıb. Əkin sahələrinə düşən top, qrad, minaatan mərmiləri minlərlə hektar torpaq sahəsini partlamamış silah sursatla çirkləndirib. Mərmilər pambıq, soğan sahələrində məhsul yığımını gecikdirməklə yanaşı, həm də məhsulun zay olmasına səbəb olub.