• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 07.11.2020 10:02

Qadağaların tətbiq edildiyi ərazilər genişlənib

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib. Yeni qaydalara görə, bu gündən 23 noyabr saat 6-dək bir sıra sahələrdə fəaliyyət dayandırılır. Bu tarixlərdə ictimai nəqliyyat da fəaliyyət göstərməyəcək. Bu qaydaların tətbiq olunduğu şəhər və rayonlarda İqtisadiyyat nazirliyi tərəfindən muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək; işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə 190 manat birdəfəlik ödəmə veriləcək. Bu gündən dekabrın 1-i saat 6-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxış dayandırılır. Gəncə, Yevlax, Mingəçevir, Şirvan şəhərlərinin, Göygöl, Samux, Sabirabad, Ağstafa rayonlarının inzibati ərazisində ayın sonunadək şənbə və bazar günləri ictimai nəqliyyat işləməyəcək.