• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 07.11.2020 10:14

Marlonun məktubu əsgərlərimizə çatdırılıb

KepezTV Player

Braziliyanın Marlon adlı azyaşlı sakininin məktubu əsgərlərimizə çatdırılıb. 10 yaşlı Marlon Azərbaycan əsgərlərinə yazdığı məktubda hərbçilərimizi salamlayaraq, onlara xoş arzularını çatdırıb. Şirniyyat almaq üçün ona verilən pullara qənaət edən balaca 30 realı, yəni 6 dolları da zərfin içinə qoyaraq əsgərlərimizə göndərib. Anası bu kiçik vəsaitin sevgi ilə göndərildiyini və Marlonun hər gecə Azərbaycan xalqı və əsgərləri üçün dua etdiyini bildirib. Əsgərlərimiz azyaşlı braziliyalıya minnətdarlıq ediblər. Onlar torpaqlarımızın işğaldan azad edilməsindən sonra Marlonu Qarabağa dəvət edəcəklərini söz veriblər.