• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1717
— 07.11.2020 10:08

Ermənistanın Azərbaycanın mülki əhalisini qətlə yetirməsi ilə bağlı hesabat dərc olunub

KepezTV Player

Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatının Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirməsi ilə bağlı hesabatı “COJEP” jurnalında tam şəkildə dərc olunub. Hesabatda sentyabrın 27-dən oktyabrın 28-dək Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı şəhər və rayonların Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalması ilə bağlı faktlar və rəqəmlər, fotolar əks edilib. Ermənistanın Azərbaycan şəhərlərinə atdığı mərmilərin, dağılan evlərin sayı, həlak olan və yaralanan insanların adları verilib. Qeyd edilir ki, bu hesabat Ermənistanın cari il sentyabrın 27-dən etibarən beynəlxalq humanitar hüququ pozaraq Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətlərini sistemləşdirmək məqsədilə hazırlanıb.