• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 06.11.2020 22:50

Karantin rejimini pozan ictimai iaşə obyektləri aşkarlandı

KepezTV Player

Koronavirusun profilaktikasına dair göstərişlərin icrasına nəzarət məqsədilə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt, eləcə də koronavirus yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlarda 337 ictimai iaşə obyektində 572 monitorinq keçirilib.Reyd zamanı 19 ictimai iaşə müəssisəsində qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin müştəri qəbulu zamanı zallarda adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.  Aşkarlanan faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.