• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2430
— 06.11.2020 22:41

Baş nazir Azərbaycanın yeganə hədəfindən danışıb

KepezTV Player

Azərbaycanın heç vaxt bir qarış özgə torpağına iddiası olmayıb. Eləcə də, bir qarış torpağımızın belə işğalı ilə  heç vaxt barışmayacağıq. Bu, bizim prinsipial mövqeyimizdir və bu məsələdə biz sona qədər gedəcəyik. Bu sözlərin bu gün Özbəkistanın təşəbbüsü ilə MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. MDB-yə üzv dövlətləri Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törədən Ermənistanın hərəkətlərini qətiyyətlə pisləməyə çağıran hökumət başçısı mülki aviasiyadan istifadə etməklə Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülmək üçün Ermənistana qaçaqmalçılıq yolu ilə silah təchizatının həyata keçirildiyinə diqqət yönəldib. “Biz erməni xalqına qarşı müharibə aparmırıq, beynəlxalq səviyyədə tanınmış torpaqlarımızı işğaldan azad edirik. Yeganə hədəfimiz Azərbaycanın ərazi bütövlüyünün tam bərpasıdır – deyə baş nazir vurğulayıb.