• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 791
— 06.11.2020 20:38

Covid-19-dan heç kim sığortalanmayıb

KepezTV Player

Səhiyyə işçiləri təsdiq edir ki, bu gün Covid-19-a daha çox yaşı 65-dən yuxarı insanlar və yanaşı xəstəliyi olanlar da yoluxur. Amma hazırki mənzərə, xoş olmayan statistika onu deməyə əsas verir ki, əslində pandemiya cavan, yaşlı tanımır, hər kəsin həyatını təhdid edir. Bu isə vəziyyətin nə qədər ciddi olduğunu, dünyanı öz cənginə alan virusdan heç kimin sığortalanmadığı bir daha təsdiqləyir.

Əksər infeksion xəstəliklər kimi korovirus da insanlara hava-damcı yolu ilə yoluxur. Elə bu nöqteyi nəzərdən onun kimdənsə yan keçəcəyi inandırıcı deyil. Yoluxma halı bədən müqamətindən asılı olaraq fərqli simptomlarla özünü büruzə verir.

Nübubət Zeynalova terapevt:Cavan yaşda xəstələrimiz və uşaqlar bu virusu nisbətən yüngül keçirdir. Virusa yoluxur sadəcə ağırlaşma aşkarlanmır. Bəzən xəstə heç özü bilmədən koronavirusa yoluxub onu keçirə bilər. Amma simptomsuz. Bu o demək deyil ki, yoluxmadı. Bəzən isə xəstə deyir ki, ağrı, yüksək temperaturum yoxdu. Sadəcə yorğunluq, əzginlik məni narahat edir. Biz bunu laboratoriya şəraitində yoxlayarkən aşkarlayırıq ki, xəstədə Covid-19 pozitivdir. Elə bu da xəstələr arasında şübhəyə səbəb olur. Necə oldu ki, mən bu infeksiyaya yoluxdum, amma ağır keçirmədim.

Yoluxanlar arasında yaranan şübhə halları bununla yekunlaşmır. Aparılan seroloji testlər zamanı bəzən gözlənilməz nəticələr ortaya çıxır. Qanda virus infeksiyana qarşı antitellərin aşkarlanması həmin şəxsin Covid-19-a bilmədən yoluxub, sağaldığından xəbər verir. Təsdiqini tapan digər bir fakta görə isə koronavirusa yoluxma ehtimalının azlığı təkcə immun sistemi güclü insanlarda müşahidə olunmur.

Nübubət Zeynalova  terapevt:Profilaktik tədbirlərə, virusdan qorunma qaydalarına düzgün əməl edən insanların əlbəttə ki, yoluxma ehtimalı az olacaq. Əgər biz gündəlik qidalanma rejimini düzgün aparsaq, yuxu rejimi düzgün tənzimləsək, maskadan mütəmadi istifadə etsək yoluxa ehtimalı azalacaq.

Əfsuslar olsun ki, bu gün açıqlanan statistik rəqəmlər lazımi profilaktik tədbirlərə necə biganə yanaşdığımızı bir daha göstərir. Odur ki, hazırki gedişata görə təhlükə ehtimalının azalmasını gözləmək reallığa yaxın deyil. Ehtiyatı əldən verməməkdə fayda var.