• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 977
— 06.11.2020 16:32

Daha 4 şəhər və 10 rayona giriş-çıxış dayandırılır

KepezTV Player

Noyabrın 7-i gecə saat 12-dən dekabrın 1-i saat 6-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı,  İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxış dayandırılır. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.