• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 06.11.2020 12:01

Konsulluq ermənilərin türk restoranına hücumunu pisləyib

KepezTV Player

ABŞ-ın Beverli Hils şəhərində erməni icmasının radikal üzvlərinin türklərə məxsus “Cafe Istanbul” restoranına hücumu Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu və Azərbaycan icmasının üzvləri tərəfindən pislənilib. Konsulluğun əməkdaşları və icma üzvləri həmrəylik nümayiş etdirmək məqsədilə hadisə yerində olublar. Zorakılıq qurbanlarının yalnız türk olduqları üçün bu vəhşi hücuma məruz qaldıqları bildirilib. Ermənilər tərəfindən türk və Azərbaycan  icmasına qarşı törədilən bu kimi cinayətlərin və aqressivliyin son zamanlar artdığı qeyd olunub. Hər iki icmanın təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsinin və bu kimi halların qarşısını almaq üçün cinayətkarların ən qısa zamanda tapılaraq məsuliyyətə cəlb olunmalarının vacibliyini vurğulanıb. Yerli polisin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirməklə restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vurub. Hücum edənlər Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisəni etnik nifrət zəminində törədilən cinayət kimi araşdırır.