• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1049
— 06.11.2020 12:03

ABŞ-da Qarabağ həqiqətləri təbliğ edilir

KepezTV Player

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Çikaqo ştatının mərkəzi yollarında Azərbaycan bayrağının təsviri ilə “Karabakh is Azerbaijan” şüarı yazılan lövhələr quraşdırılıb. Lövhələrdə ermənilərin mülki azərbaycanlıları hədəfə aldığı da qeyd edilib. Daha çox insanın görməsi üçün elektron lövhələr “Ohare” beynəlxalq hava limanından şəhərə gələn yolda, eləcə də “James Addams Memorial Tollway”, “River Road” yolunun üzərində quraşdırılıb. Bu ənənə ABŞ-ın digər şəhərlərində də davam etdiriləcək. Ermənistanın işğalçılıq və terror siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün ABŞ-da yaşayan azərbaycanlılar əllərindən gələni edirlər.