• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1657
— 06.11.2020 12:10

Azərbaycandan BMT üzvlərinə çağırış

KepezTV Player

“Ermənistan döyüş meydanındakı böyük itkiləri kompensasiya etmək məqsədilə xarici ölkələrdə qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporunu səfərbər edərək öz ordusuna maliyyə vəsaitləri cəlb edir. Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, bununla da Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı növbəti hücumlar törədilir: “Son 30 ildə erməni diasporu bu istiqamətdə fəal iş aparmış və müvafiq xarici dövlətlərin vergi ödəyicilərini aldatmışlar. Bu zaman Azərbaycanın işğal altındakı qondarma rejimə heç bir nəzarət mexanizmi olmadan qanunsuz vəsaitlər köçürülmüşdür ki, bu da terrorizmin maliyyələşdirilməsi deməkdir. Azərbaycan BMT üzv dövlətlərini öz ərazilərindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn erməni terrorizminin maliyyələşməsi məqsədilə istifadənin qarşısını almağa çağırır" - sitatın sonu.