• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 913
— 06.11.2020 12:14

20-yə yaxın top mərmisi atılıb

KepezTV Player

Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, bu gün saat 8-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.Düşmənin növbəti dəfə atdığı top mərmilərindən biri şəhər mərkəzinə yaxın fərdi yaşayış evinə düşüb. Nəticədə evə və evin həyətində olan yük avtomobilinə külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.Düşmən rayon ərazisinə ümumilikdə 20-yə yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.