• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1617
— 06.11.2020 10:08

Azərbaycan Prezidentinin BMT-nin xüsusi sessiyasında çıxışı nəzərdə tutulur

KepezTV Player

Noyabrın 5-də BMT Baş Assampleyası öz plenar iclasında “Koronavirus xəstəliyi pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnamə qəbul edib. Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev tərəfindən Qoşumama Hərəkatına üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT-nin COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi qərara alınıb. Bu mühüm tədbirin açılış hissəsində Qoşulmama Hərəkatının adından onun sədri qismində Prezident İlham Əliyevin də çıxışı nəzərdə tutulur. Dünyanın pandemiyadan əziyyət çəkdiyi bir vaxtda və beynəlxalq gündəmin ən mühüm məsələlərindən biri olan COVID-19 ilə mübarizəyə dair xüsusi sessiyanın çağırılması təşəbbüsünə qarşı ilk günlərdən etibarən qarşı çıxış edən Ermənistan sonuna kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışmış və qətnamənin açılış hissəsində Qoşulmama Hərəkatı sədrinin çıxışının qarşısını alan addımlar atmağa cəhd edir. Yenə də Ermənistan beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşmiş və onun bu cəhdi rədd edilib. Hazırda dünyada sağlamlıq, təhlükəsizlik və rifaha ciddi hədə törədən COVID-19 pandemiyasının görünməmiş və çoxtərəfli təsirləri ilə mübarizə aparmaq məqsədi ilə Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması pandemiya ilə birlik, həmrəylik və çoxtərəfli əməkdaşlıq əsasında əlaqələndirilmiş şəkildə qlobal mübarizənin aparılması baxımından müstəsna əhəmiyyətə malikdir. Bu, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzaqgörən humanist xarici siyasətin növbəti parlaq qələbəsidir.