• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1779
— 06.11.2020 10:20

Şuşa meşələrinin yandırılması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

KepezTV Player

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva işğal altında olan ərazilərdə Ermənistanın törətdiyi ekoloji terror və Şuşa meşələrinin qəsdən yandırılaraq məhv edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.<br>Ombudsmanın müraciətində&nbsp;BMT Baş Assambleyasının qətnaməsinə əsasən, 6 noyabr tarixinin Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü kimi qeyd olunduğu xatırlanaraq&nbsp;30 ilə yaxın davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan dəydiyi, ətraf mühitin məhvi və ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxardığı qeyd olunub. "Ermənistan həyata keçirdiyi ekoloji terrorun davamı olaraq hazırda Şuşa meşələrində zəhərli və çətin söndürülən maddələrdən istifadə etməklə qəsdən yanğınlar törədərək nadir meşə örtüyünü məhv etməkdə davam edir. Bu, ekoloji terrordur" - deyə müraciətdə bildirilir.&nbsp;Beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə&nbsp;ekoloji terrorun dayandırılması, qarşısının alınması və gələcəkdə baş verməməsi üçün təcavüzkar ölkəyə münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırılır.