• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1924
— 05.11.2020 20:40

Muzdluların aşkarlanması davam edir

KepezTV Player

Terroru dəstəkləyərək təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirən Ermənistanın beynəlxalq müstəvidə ifşa edilməsi üçün Baş Prokurorluq tərəfindən görülən tədbirlər davamı edir. “Krım könüllüləri birləşməsi” adlı qrupun törətdiyi cinayət əməlləri üzrə araşdırma aparılıb.Qrupun üzvlərinin qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbər şəxsləri ilə görüşüb döyüş əməliyyatlarında iştiraklarına dair müzakirələr aparmaqla cinayət əlaqəsinə girmələri, Azərbaycanın dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı muzdlu kimi döyüşmələri müəyyən edilib. Birlik üzvlərinin xüsusi amansızlıq və təhlükəli üsulla mülki vətəndaşlara qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin uyğun maddələri ilə cinayət işi başlanılıb.