• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 05.11.2020 13:19

Ermənilərin atdığı raketin mühərriki bağa düşüb

KepezTV Player

Sentyabrın 27-dən noyabrın 4-dək Ermənistan silahlı qüvvələri Tərtər rayonu ərazisinə ümumilikdə 21 raket atıb. “Smerç” yaylım atəşli reaktiv sistemli raketlərdən birinin mühərrik motoru şəhərin mərkəzi küçələrindən birinə düşüb. Rayon sakininin bağına düşən raketin mühərrik motorunun hissəsi, təxminən, yerin 2 metr dərinliyinə girib. Əraziyə Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin  əməkdaşları cəlb edilib.