• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1758
— 05.11.2020 13:15

Yaralanan Bərdə sakini dünyasını dəyişdi

KepezTV Player

Oktyabrın 28-də Bərdə şəhərinin mərkəzi hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alan 25 yaşlı Paşayev Niftalı Səlim oğlu göstərilən tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. baş prokurorluqdan verilən məlumata görə, bununla da hərbi əməliyyatların başladığı tarixdən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 92 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb. Onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur. Bundan başqa, 502 mülki obyekt, 100 hündürmərtəbəli yaşayış binası və 2971 yaşayış evi yararsız hala düşüb.