• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1190
— 05.11.2020 13:35

İşğal altındakı torpaqların 22%-ə yaxını düşmən tapdağından qurtulub

KepezTV Player

Azərbaycan Ordusnun uğurlu əks-hücum əməliyyatına başlamasından 40 gün ötür. Bu müddət ərzində Azərbaycan Ordusu müharibə tarixlərinə düşəcək yeni bir səhifə açıb. Düşmənə ciddi zərbələr vuran ordumuz torpaqlarımızı işğaldan azad etməkdə davam edir. Bu günə olan məlumata əsasən artıq 2618 kv. kilometr ərazi işğaldan azad olunub. Bu da işğal olunmuş ərazilərin 21,7%-i və ya ölkə ərazisinin 3%-ni edir. Eyni zamanda rəsmi məlumata görə, işğal olunmuş ərazilərdə olan 900 yaşayış məntəqəsindən 209-u azad olunub. Noyabrın 4-dək 4 şəhər, 3 qəsəbə və 199 kənd işğaldan Düşmən tapdağından qurtulub. İndiyədək Cəbrayıl şəhəri və rayonun 77 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 46 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 23 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad edilib.