• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1573
— 05.11.2020 12:27

Gəncə şəhərində komendant saatı

KepezTV Player

Bir aydan artıqdır axşam saatlarında ölkə ərazisində tətbiq edilən komendant saatı ilə əlaqədar Gəncənin müxtəlif ərazilərində polis postları qurulub. Postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidmətlərini davam etdirirlər. Əməkdaşlarımız ötən gecə şəhər ərazisində komendant saatının tələblərinə necə əməl edilməsinə şahidlik edir.  

Postlarda saat 21-dən səhər saat 6-dək şəhər ərazisində hərəkət edən avtomobillər və vətəndaşlar saxlanılaraq, müvafiq icazə sənədlərinin olub-olmadığı yoxlanılır. Yoxlamalar komendant saatının tələblərinə heç də hamı tərəfindən əməl edilmədiyini ortaya çıxardı.  

Saxlanılan avtomobillərin salonu və yük yerinə də baxış keçirilir. Polis əməkdaşları vətəndaşları komendant saatı rejiminin qaydaları barədə məlumatlandırırlar. 

Komendant saatı qaydasını pozan hərəkət iştrakçıları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edilirlər. Şəhərdə komendant saatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu deyilir.

Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Qeyd etmək istəyirəm ki, ümumilikdə şəhər sakinləri komendant saatını anlayışla qarşılayır və onun tələblərini yerinə yetirməyə çalışırlar. Az da olsa komendat saatının pozulma halları var ki, onlar barəsində də polis əməkdaşları qanunamüvafiq tədbirlər görür. Görülən tədbirlər bundan sonra da davam etdiriləcək.

Sentyabrın 28-i gecə saat 12-dən ölkə ərazisində hərbi vəziyyət elan edilib.

 

Natiq Hüseyn