• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 04.11.2020 22:22

Nazir AŞPA qətnaməsini xatırladıb

KepezTV Player

Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü və suverenliyini necə müdafiə ediriksə eyni ilə Azərbaycanın hüquqlarını da müdafiə etməliyik. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasındakı çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünü “əgər”-lər və “amma”-lar olmadan dəstəkləməyə çağırıb. "Bununla bağlı heç bir ikili standartlar olmamalıdır.

Azərbaycan yalnız BMT Təhlükəsizlik Şurasının, ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq beynəlxalq səviyyədə tanınmış əraziləri üzərindəki nəzarətini bərpa etmək istəyir" - deyən nazir Ermənistanın işğalçı olmasını Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnamənin də təsdiq etdiyinə diqqət çəkib. "Ermənistan işğala son qoymalı və mülki şəxslərə qarşı qəsdən hücum təşkil etmək, eləcə də atəşkəs razılaşmalarını daim pozduğuna görə məsuliyyət daşımalıdır. Ortaq evimizi gələcək nəsillər üçün ideallarla qorumalıyıq”, - deyə nazir bildirib.