• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 04.11.2020 20:45

Ekoloji terrora məruz qalan meşələr

KepezTV Player

Yer kürrəsində bir çox nadir ağac növləri var ki, onlar yalnız Qarabağda bitir. Laçın meşəsində Qırmızı palıd, Zəngilan meşəsində Şərq çinarı, Şuşa vələsi nadir ağac növlərindəndir. 30 ilə yaxındır davam edən erməni barbarlığı nəticəsində bu təbii sərvətimizin qırılaraq məhv edildiyi də məlum olub. Qarabağda ölkənin meşə fondunun 25 faizi cəmlənib.

Azərbaycanda bu gün 1 milyon 200 min ha meşə fondu var. Bu meşələrin də 262 min ha-ı Qarabağ və onun ətrafında işğal olunan 7 rayonun ərazisinə düşür. Sahəcə böyük olmaqla bərabər bu meşələrdə təkrar olunmaz sərvətlər də var. Ancaq təəssüflə deməliyik ki, 30 ilə yaxındır işğal altında qalan ərazilərimizin meşə fondu ermənilər tərəfindən ekoloji terrora məruz qalıb. Meşələrdəki qiymətli ağaclar qırılaraq satılıb.

Zakir İbrahimov ADAU-nun Meşəçilik kafedrasının müdiri: Kiçik Qafqazda Şuşa meşələrində, Şuşanın ətrafında relik, endemik, nadir meşə bitkiləri ilə çox zəngindir. Şuşa vələsi Şuşa meşələrində bitir. Əkilən şabalıd qarışıq halda da olsa, az haldada olsa Şuşa meşələrində təbii halda bitir. Qoz, fıstıq, palıdın digər növləridir, vələsdir, ağcaqayındır. Çox zəngin ağac kolla məşhur meşələrdir Qarabağda o cümlədən Şuşada.

Son günlər Şuşa meşələrinin, Topxana meşəsinin dağıdılması və bilərəkdən fosfor bombalarla yandırılması müşahidə edilməkdədir. Bu addım isə ekologiya üçün ciddi fəsadlar törədir.

Hikmət Əlizadə ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəisi: Bu mərmilərin içərisində 3,8 kq fosfor olur və düşdüyü yerdə 1000-1200 dərəcə tempuratur yaradır. Bir mərmi düşdüyü ərazinin 50 metr radiusunda nə varsa yandırır. Onu təbii vastələr olan su ilə yağışla mümkün deyil. Özü yanıb parçalana qədər bu proses gedir. Bunu həmin ərazilərdəm həm bizim hava qüvvələrinə problem yaratmaq üçün eyni zamanda bilərək ki, yaxın zamanlarda onların ayaqları oradan kəsiləcək, rədd olub gedəcəklər həmin o tarixi meşələri qırıb məhv edir.

Ancaq ordumuz tərəfindən cəbhədə qazanılan qələbələr meşə fondumuzu da ekoloji terrordan xilas edir. Ekoloji tarazlığın bərpası ilə bağlı da planlar hazırlanır.

Hikmət Əlizadə ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi:Cənab prezidentin sərəncamı var. İşğaldan azad olunan ərazilərdə kamendaturalar yaradılır. Həmin kamendaturalar çərçivəsində qoyulan məhdudiyyətlərə əməl etməklə bizim nazirliyin əməkdaşları da faəliyyətə başlayır.İlkin olaraq bu ərazilərdə olan ziyan qiymətləndiriləcəkdir. Məhv olunan abidələrin, məhv olan meşələrin gealoji abidələrin bərpası üçün hansı tədbirlər ola bilər o planlaşdırılacaqdır. Tezliklə ordumuz Qarabağı azad etdikdən sonra hissə-hissə bu fəaliyyət həyata keçiriləcəkdir.

Hərbi cinayətlərlə bərabər törədilən ekoloji terror təkcə Azərbaycana yox, bəşəriyyətə qarşı yönəlib. Biomüxtəlifliyin qəsdən pozulması bəşəri irsə qarşı atılan addımdır. Bu qanunapozuntuları da Azərbaycan dövlət olaraq aradan qaldırır.

Elnur Vahidoğlu