• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1698
— 04.11.2020 20:33

Ermənistan artıq məğlubiyyətini qəbul edir

KepezTV Player

"Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas oldu" - Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsabəsində belə deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan Ermənistana kimin-kim olduğunu sübut etdi.

100 min döyüşçüsü olan Azərbaycan ordusunda müasir silahlar və ən vacibi şəxsi heyət arasında yüksək döyüş ruhu var. Bu məqama diqqət çəkən Prezident İlham Əliyev Ermənistana qarşı döyüşlərdə mücahidlərin mövcudluğuna bir daha aydınlıq gətirib.

İham Əliyev  Azərbaycan Respublikasının Prezidenti: Ermənistanın bu yalan bəyanatdan sui-istifadə etmələrinin səbəbi odur ki, bizim onları döyüş meydanında məğlub etdiyimizi qəbul etmək onlar üçün yəqin ki, çox ağrılıdır. Onlar 30 il ərzində özlərini elə göstərirdilər ki, məğlubedilməz orduları var. Onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik. Biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların “guya məğlubedilməz ordusu” əfsanədir, mifdir.. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər.

Vasitəçi ölkələr neytral olmalıdır

Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Minsk qrupunun həmsədr ölkələrinin davam edən hərbi əməliyyatlara münasibətinə də toxunub. Bir daha neytrallığın vasitəçilər tərəfindən qorunmasının vacibliyinə toxunub.

İham Əliyev  Azərbaycan Respublikasının Prezidenti: Onlar neytral olmasalar, vasitəçi ola bilməzlər. Ona görə də, bizim yerində bu və ya digər dərəcədə gördüyümüz neytrallıq, düşünürəm ki, işlərin necə getməsinin yeganə yoludur. Odur ki, bu, bizim üçün yaşıl işıq deyildi. Biz sentyabrın 27-də Ermənistanın hücumunadək nə edəcəyi barədə 100 faiz təsəvvürümüz olmadan cavab verdik, biz ölkəmizi qorumaq, insanlarımızı qorumaq və ədaləti bərpa etmək üçün doğru olduğunu düşündüyümüzü etdik.

Atəşkəsi pozan Ermənistan

Humanitar atəşkəslərin qarşı tərəfdən pozulması və Ermənistanın Gəncə və Bərdədə terrorlar törətməsinə də toxunub dövlət başçısı. Düşmənə cavabın hərn meydanında verildiyini bildirib.

İham Əliyev  Azərbaycan Respublikasının Prezidenti: Bunu edən biz deyildik. Biz nə etməli idik? Onlar bizi öldürdükdə oturub gözləməli idik? Əlbəttə ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik. Onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazım idi. Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər.

Monoetnik respublika

Dövlət başçısı Paşinyanın "Dağlıq Qarabağda yeni soyqırımın olmasından qorxuram" ifadəsini yalan adlandırıb. Azərbaycanda minlərlə erməninin yaşadığını, Ermənistan və Dağlıq Qarabağda isə bir nəfər belə azərbaycanlının olmamasını xatırladıb.

İham Əliyev  Azərbaycan Respublikasının Prezidenti: Azərbaycan multietnik ölkədir. Buna görə dırnaqarası soyqırımdan danışmaq tamamilə qəbuledilməzdir. Bu, onların təqdim etmək istədiyi daha bir feykdir. Onlar həmişə özlərini əziyyət çəkən, həmişə ağlayan, həmişə köməyə ehtiyacı olan insanlar kimi təqdim etmək istəyirlər. O, Prezident Putinə gündə beş dəfə zəng edir. Makrona ola bilsin bir qədər az zəng edir, amma yenə də zəng edir.O, Avropa liderlərinə zəng edir. O, Dağlıq Qarabağın tanınmasını xahiş edir, lakin başa düşmür ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa İttifaqının vahid mövqeyi var.

Ölkə başçısı Türkiyənin dəstəyinə də toxunub və bunun yalnız siyasi və mənəvi müstəvidə olduğunu vurğulayıb.