• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1694
— 04.11.2020 20:35

Düşmən fosforlu top mərmilərindən istifadəni davam etdirir

KepezTV Player

Ermənistan silahlı qüvvələri Tərtər rayonunda dinc əhaliyə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosforlu mərmilərdən istifadə edib.ANAMA-dan verilən məlumata görə, rayonun Səhləbad kəndi ərazisinə atılan fosforlu top mərmiləri xoşbəxtlikdən partlamayıb. Bu gün səhər saatlarında əraziyə baxış keçirilib və bir ədəd partlamamış ağ fosforlu top mərmisi aşkarlanıb. 122 millimetrlik mərmilərin içərisində 3 kiloqram 800 qram ağ fosfor var. Mərmilər partlayıcı mexanizmlərindəki nasazlıq səbəbindən partlamayıb.Fosforlu top mərmiləri partlayış yolu ilə yerində zərərsizləşdirilib.