• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1432
— 04.11.2020 20:34

Nazir Ermənistanın müharibə cinayətlərindən danışıb

KepezTV Player

Ermənistanın açıq-aydın müharibə cinayəti təşkil edən əməlləri Avropa Şurası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanılmalıdır.Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasında çıxışı zamanı Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycanın beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə sadiq qaldığını və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına çalışdığını diqqətə çatdırıb. Avropa Şurası Parlament Assambleyasının müvafiq qətnamələrində də Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çağırışın yer aldığını bildirib. "Bu, Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan və erməni icmalarının sülh şəraitində birgəyaşayışının, eləcə də Avropa Şurasının iki üzv dövləti arasında davamlı sülhün və daha geniş bölgədə əmin-amanlığın bərqərar olunmasının ən qısa yoludur" - deyə nazir diqqətə çatdırıb.