• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2270
— 04.11.2020 16:05

Yahudilərdən zərər çəkənlərə humanitar yardım

KepezTV Player

Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu tərəfindən Gəncəyə ermənilərin atdığı raket nəticəsində evləri dağılan sakinlərə humanitar yardım edilib. Yardımlar Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında müvəqqəti məskunlaşan şəxslərə təqdim edilib. 60-a yaxın ailənin 200-dən yuxarı üzvünə gündəlik qida məhsullarının olduğu ərzaq bağlamaları təqdim edilib. Xeyriyyə fondu tərəfindən təqdim olunan bağlamalar yataqxananın anbarlarına yığılıb və gündə 3 dəfə qidalanan sakinlər üçün yeməklərin hazırlanmasında istifadə ediləcək.

İqor Şaulov - beynəlxalq xeyriyyə fondunun nümayəndəsi: Biz köməyimizi bu hadisələrdə zərər çəkən Gəncə camaatına gətirmişik. Bundan qabaq olmuşuq Bərdədə. Ordada könüllü çalışırıq ki, camaata köməyimizi göstərək. Ümumiyyətlə əlimizdən gələni etmişik, edəcəyik nə qədər mümkündürsə çalışacağıq ki, bir yerdə olaq.