• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 668
— 04.11.2020 15:55

İrəvandan görünəcək Azərbaycan bayrağı

KepezTV Player

Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günündə evinin pəncərəsindən Ağrı dağına baxan hər bir erməni, Azərbaycan və Türkiyə bayraqlarını görəcək. Türkiyənin Ağrı vilayətinin bələdiyyə sədri Savcı Sayanın sözlərinə görə, Qarabağda Vətən müharibəsinin davam etdiyi bir zaman Azərbaycana dəstək məqsədilə belə bir layihənin həyata keçirilməsi qərara alınıb: “Ermənistanın eyni zamanda Türkiyəyə də torpaq iddiaları olub, amma onların bu istəkləri qursaqlarında qalıb. Şəxsən mənim babalarım da erməni quldur dəstələrinə qarşı vuruşublar. Biz erməni xislətinə tanışıq” - deyən bələdiyyə sədri Azərbaycanın döyüş meydanında əldə etdiyi zəfərlərin qururverici olduğuna diqqət çəkibr: “Qarabağ əldən gedərsə biz ölərik, Qarabağ, Azərbaycan bizim canımızdır. Çünki biz bir millət, iki dövlətik. Bu, hər zaman belə olub, bundan sonra da belə olacaq”. sitatın sonu.