• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1046
— 04.11.2020 12:17

Prezident İlham Əliyev “La Republica” qəzetinə müsahibə verib

KepezTV Player

Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. İtaliyanın “La Republica” qəzetinə müsahibəsində Prezident İlham Əliyev Biz ölkəmizi qorumaq və ədaləti bərpa etmək üçün doğru olduğunu düşündüyümüzü etdik - deyib. Dövlət başçısının sözlərinə görə, Ermənistan üçün döyüş meydanında məğlubiyyətini qəbul etmək ağrılı olduğundan, mülki şəxslərə hücum etməklə Azərbaycanda xaos və panika yaratmaq istəyirdi, amma buna nail ola bilmədi. Bunun müqabilində Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin edəcəyini bildirir. Dəstək əldə etmək üçün Ermənistan baş nazirinin hər bir feyk üsuldan istifadə etdiyini, ermənilərin həmişə özlərini köməyə ehtiyacı olan insanlar kimi təqdim etmək istədiklərinə diqqət çəkən Prezident İlham Əliyev Paşinyanın müharibənin dayanmasında maraqlı olmadığını da sözlərinə əlavə edib.